Bu ilin I yarısında Azərbaycan 4,141 milyon ABŞ dolları dəyərində 23 min 214 ton kəpək (qarğıdalı, buğda, digər dənli bitkilərin emalından alınan) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 8 dəfə, kəmiyyət olaraq – 6 dəfə çoxdur.
Hesabat dövründə İraqa 2,979 milyon ABŞ dolları dəyərində 16 min 607 ton (bir il əvvəl tədarük olmayıb), Gürcüstana 1,043 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 2,4 dəfə artıb) 6 min 222 ton (+80 %) və Türkiyəyə 119,18 min ABŞ dolları dəyərində (+34 %) 384,11 ton (-11,1 %) məhsul satılıb.
Qeyd edək ki, ötən il Azərbaycanın ixrac etdiyi (İraq, Gürcüstan və Türkiyəyə) 23,265 min ton kəpəyin 53,1 %-i İraqın payına düşüb.