Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 2,172 milyon ABŞ dolları dəyərində 1 min 198 ton nərə balığı (dondurulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 37 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 782 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 45 % azdır) 670 ton (-47 %), Qazaxıstandan 505 min ABŞ dolları dəyərində (+28,5 %) 329 ton (+64 %), İtaliyadan 393 min ABŞ dolları dəyərində (+6 dəfə) 62 ton (+4,4 dəfə), Polşadan 192 min ABŞ dolları dəyərində (-30 %) 26 ton (-85 %), Estoniyadan 92 min ABŞ dolları dəyərində (+2,2 %) 70 ton (+15 %) məhsul alıb.
Qeyd edək ki, 2021-ci ildə xaricdən (15 ölkədən) alınan 2 min 186 ton nərə balığın 67 %-i Rusiyanın payına düşüb.