Azərbaycan İspaniya və Çindən limon və laym idxalını bərpa edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 17 milyon ABŞ dolları dəyərində 18 min 805 ton limon və laym (təzə və ya qurudulmuş) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 14 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 9,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 % azdır) 13 min 152 ton (-2,5 %), Cənubi Afrika Respublikasından 6,9 milyon ABŞ dolları dəyərində (+92 %) 5 min 478 ton (+92 %), Braziliyadan 136 min ABŞ dolları dəyərində (+36,5 %) 69 ton (+28 %), Çindən 75 min ABŞ dolları dəyərində 61 ton, İspaniyadan 21,7 min ABŞ dolları dəyərində 17,3 ton məhsul alıb.

Azərbaycan 8 il 5 aylıq fasilənin ardından İspaniyadan, 3 il 11 aylıq aradan sonra Çindən limon və laym tədarükünü bərpa edib.

Digər xəbərlər