Azərbaycan İrandan kələm alışını 129 dəfə azaldıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrə 121 min ABŞ dolları dəyərində 312,1 ton kələm (gül kələmindən, Brüssel kələmindən və brokkolidən başqa) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,2 dəfə, kəmiyyət olaraq – 3,3 dəfə çoxdur.

Azərbaycan Rusiyaya 109,62 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,5 dəfə çoxdur) 271,5 ton (+4,4 dəfə) və Ukraynaya 11,35 min ABŞ dolları dəyərində (-29 %) 40,6 ton (+2,4 dəfə) məhsul tədarük edib.

Hesabat dövründə ölkəyə 13 min ABŞ dolları dəyərində (+103,4 dəfə) 23,5 ton (+137,3 dəfə) kələm idxal edilib. Azərbaycan bu tərəvəzi ancaq İrandan alıb. Həmin ölkədən tədarük bir il əvvəlki göstəricilərlə müqayisədə müvafiq olaraq 97 dəfə və 129 dəfə azalıb.

2022-ci ildə Azərbaycana (6 ölkədən) idxal edilən 3,43 min ton kələmin 90 %-i İranın payına düşüb.

Digər xəbərlər