Bu ilin ilk 4 ayı ərzində Azərbaycandan xaricə 542,4 min ABŞ dolları dəyərində 13,55 ton xam ipək (eşilməmiş) göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,9 dəfə, kəmiyyət olaraq – 2,4 dəfə çoxdur.
Hesabat dövründə İrana 255,44 min ABŞ dolları dəyərində 6,55 ton (bir il əvvəl tədarük olmayıb), Hindistana 204,96 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 3,1 dəfə artıb) 5 ton (+2,5 dəfə) və Türkiyəyə 82 min ABŞ dolları dəyərində (-32 %) 2 ton (-47 %) məhsul satılıb.
Qeyd edək ki, ötən il Azərbaycanın ixrac etdiyi (İrana, Özbəkistana, Türkiyəyə və Hindistana) 44,27 ton xam ipəyin 53 %-i İranın payına düşüb.