Azərbaycan ilk dəfə Başqırdıstandan ərzaqlıq buğda idxal edib

Azərbaycan ilk dəfə Rusiyanın Başqırdıstan bölgəsindən ərzaqlıq buğda idxal edib.

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan Başqırdıstandan 7 partiyada ümumi çəkisi təxminən 500 ton olan buğda alıb.

Məhsullar, Ümumrusiya Heyvan Sağlamlığı Elmi-Tədqiqat İnstitutunun Başqırd sınaq laboratoriyasında yoxlanılıb. Bütün məhsullar idxal edən ölkənin tələblərinə cavab verib.

Digər xəbərlər