Ötən il ərzində Azərbaycana 830 min ABŞ dolları dəyərində 40 ton balıq kürüsünün əvəzediciləri idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 14 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 510 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33 % azdır) 14,4 ton (-38 %), Belarusdan 300 min ABŞ dolları dəyərində (+12 %) 25,5 ton (+14 %), Çindən 15 min ABŞ dolları dəyərində 0,05 ton, Amerika Birləşmiş Ştatlarından (ABŞ) 2,52 min ABŞ dolları dəyərində 0,04 ton, Lüksemburqdan 1,74 min ABŞ dolları dəyərində (-58,2 %) 0,01 ton (dəyişməyib) və Almaniyadan 0,8 min ABŞ dolları dəyərində (-55 %) 0,01 ton (-67 %) məhsul alıb.
Üç il 8 aylıq fasilənin ardından Çindən və 2 il 10 ayın tamamında ABŞ-dan balıq kürüsünün əvəzedicilərinin tədarükü bərpa edilib.