Azərbaycan iki ölkədən küncüt yağı idxalını bərpa edib

2022-ci ilin ilk 11 ayı ərzində Azərbaycana xaricdən 13,65 min ABŞ dolları dəyərində 1,94 ton küncüt yağı gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 58 %, kəmiyyət olaraq – 21 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 5,32 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 13,2 % çoxdur) 0,96 ton (+1,1 %), Rusiyadan 2,73 min ABŞ dolları dəyərində (-11,7 %) 0,35 ton (-30 %), Meksikadan 2,53 min ABŞ dolları dəyərində (+12,7 dəfə) 0,2 ton (+20 dəfə), Türkiyədən 1,06 min ABŞ dolları dəyərində (+18 dəfə) 0,17 ton (+17 dəfə), Böyük Britaniyadan 0,77 min ABŞ dolları dəyərində (+64 %) 0,18 ton (+3,6 dəfə) məhsul alıb.

İki il 6 aylıq fasilənin ardından Hindistandan, 1 il 11 aylıq aradan sonra İtaliyadan tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 0,70 min ABŞ dolları dəyərində 0,04 ton və 0,15 min ABŞ dolları dəyərində 0,01 ton yağ idxal edilib.

Digər xəbərlər