Azərbaycan iki ölkədən düyü idxalını bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xarici ölkələrdən 35 milyon ABŞ dolları dəyərində 38 min 928 ton düyü gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 5,7 % çoxdur.

Hesabat dövründə Azərbaycan Hindistandan 31,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 26 % çoxdur) 34 min 366 ton (+31 %), Çindən 1,61 milyon ABŞ dolları dəyərində (+26 dəfə) 1 min 943 ton (+18 dəfə), Pakistandan 1 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 1 min 231 ton (+85 %), Qazaxıstandan 335,4 min ABŞ dolları dəyərində (-88 %) 445,4 ton (-90 %), Tailanddan 312 min ABŞ dolları dəyərində (-59 %) 428 ton (-58 %) düyü tədarük edib.

Azərbaycan 2 il 9 aylıq fasilənin ardından Myanmadan (1,71 min ABŞ dolları dəyərində 0,9 ton) və 1 il 5 aydan sonra Portuqaliyadan (0,12 min ABŞ dolları dəyərində 0,02 ton) düyü tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycana (22 ölkədən) idxal edilmiş 50 min 236 ton düyünün 74,8 %-i Hindistanın, 11,5 %-i Qazaxıstanın, 8,3 %-i Rusiyanın payına düşüb.

Digər xəbərlər