Bu ilin yanvar-iyun aylarında Azərbaycan 72,5 min ABŞ dolları dəyərində 69 ton təzə üzüm idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 59 %, kəmiyyət olaraq – 53 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çilidən 20,2 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur) 20,2 ton (+2,5 dəfə), Cənubi Afrika Respublikasından 17,1 min ABŞ dolları dəyərində (+83 %) 14,71 ton (+57,5 %), Perudan 15,4 min ABŞ dolları dəyərində (+5 %) 15,3 ton (+5 %), Hindistandan 14,5 min ABŞ dolları dəyərində (+4,4 dəfə) 14,2 ton (+4,3 dəfə), Türkiyədən 4,42 min ABŞ dolları dəyərində (-30 %) 3,95 ton (-37 %) məhsul alıb.
2023-cü ildə Azərbaycana 11 ölkədən idxal edilmiş 372 ton üzümün 77 %-i İranın payına düşüb.