2022-ci ilin ilk 6 ayı ərzində Azərbaycan 171,65 min ABŞ dolları dəyərində 447,86 ton heyvan piyi (iribuynuzlu heyvan, qoyun və keçi) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 9,6 dəfə, kəmiyyət olaraq – 5 dəfə çoxdur.
Qazaxıstana 108,12 min ABŞ dolları dəyərində 291,79 ton (bir il əvvəl tədarük olmayıb) və Əfqanıstana 63,53 min ABŞ dolları dəyərində 156,1 ton (tədarük olmayıb) məhsul satılıb.
Hesabat dövründə Azərbaycana 80,86 min ABŞ dolları dəyərində 53,43 ton ton heyvan piyi idxal edilib ki, bu da əvvəlki ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 3,1 dəfə və 2,4 dəfə çoxdur.
İrandan 34 min ABŞ dolları dəyərində 19,41 ton (bir il əvvəl tədarük olmayıb), Braziliyadan 24,71 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 15 ton (+50 %) və Ukraynadan 22,14 min ABŞ dolları dəyərində (+59 %) 19 ton (+58,3 %) məhsul alınıb.