Ötən il Azərbaycan 13,55 milyon ABŞ dolları dəyərində 52 ton tərəvəz toxumu idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 10 % çoxdur, kəmiyyət olaraq – 46 % azdır.
Hesabat dövründə Azərbaycan Tailanddan 1,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 % azdır) 0,14 ton (-64 %), Türkiyədən 1,6 milyon ABŞ dolları dəyərində (+14 %) 35 ton (+40 %), Braziliyadan 1,5 milyon ABŞ dolları dəyərində (+12 %) 0,4 ton (+3,2 dəfə), Fransadan 1,2 milyon ABŞ dolları dəyərində (-10 %) 3,4 ton (-73 %), Perudan 1,2 milyon ABŞ dolları dəyərində (-7 %) 0,1 ton (dəyişməyib) toxum alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Həbəşistandan (29 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana 37 ölkədən idxal edilmiş 12,3 milyon ABŞ dolları dəyərində tərəvəz toxumunun 13,8 %-i Tailandın, 11,1 %-i Türkiyənin, 11 %-i Fransanın, 10,9 %-i Braziliyanın, 10,5 %-i Perunun payına düşüb.