Azərbaycan Gürcüstana süd və qaymaq ixracını 37 dəfə artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrdən 4,26 milyon ABŞ dolları dəyərində 1 min 890 ton süd və qaymaq idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 47,3 % çoxdur, kəmiyyət olaraq - 8 % azdır.

Azərbaycan İrandan 1,91 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 66 % çoxdur) 852 ton (+11 %), Belarusdan 1,1 milyon ABŞ dolları dəyərində (+2,7 dəfə) 486 ton (+57 %), Ukraynadan 343,1 min ABŞ dolları dəyərində (-12 %) 139 ton (-16 %), Türkiyədən 339 min ABŞ dolları dəyərində (-21 %) 144 ton (-64 %), Rusiyadan 334 min ABŞ dolları dəyərində (-13 %) 198,1 ton (-49 %) məhsul gətirib.

Hesabat dövründə Azərbaycandan 745,8 min ABŞ dolları dəyərində (+71 %) 549,1 ton (+5,6 dəfə) süd və qaymaq ixrac edilib. Azərbaycan bu məhsulu ancaq Gürcüstana tədarük edib. Həmin ölkəyə süd və qaymaq satışı bir il əvvəlki göstəricilərlə müqayisədə müvafiq olaraq 9 dəfə və 37 dəfə artıb.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycandan (4 ölkəyə) ixrac edilən 1 min 59 ton süd və qaymağın 73 %-i Gürcüstanın payına düşüb.

Digər xəbərlər