Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 36,3 min ton ət idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 62,3 milyon ABŞ dolları təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,15 min ton (7,9 %) və 9,8 milyon ABŞ dollar (13,5 % ) azdır.
Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,6 %-ni təşkil edib.