Bu ilin ilk iki ayı ərzində Azərbaycan xaricdən 18,5 milyon ABŞ dolları dəyərində 32 min 114 ton xam şəkər alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 27,6 % azdır.
Hesabat dövründə Azərbaycan Braziliyadan 18,48 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur) 32 min 108 ton (+96,5 %), Kolumbiyadan 12,1 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 6,25 ton (+2,3 dəfə), Böyük Britaniyadan 0,73 min ABŞ dolları dəyərində (+4,3 %) 0,4 ton (+25 %) və Almaniyadan 0,23 min ABŞ dolları dəyərində 0,08 ton (bir il əvvəl tədarük olmayıb) məhsul gətirib.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycana (11 ölkədən) idxal edilən 322 min 294 ton xam şəkərin 84,7 %-i Braziliyanın payına düşüb.