Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 300 min ABŞ dolları dəyərində 206,33 ton portağal şirəsi gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 26 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 205,25 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5 dəfə çoxdur) 161,18 ton (+4,7 dəfə), Braziliyadan 41,2 min ABŞ dolları dəyərində (-56 %) 15,54 ton (-56 %), Niderlanddan 19,24 min ABŞ dolları dəyərində 4,78 ton (bir il əvvəl tədarük olmayıb), İsraildən 13,2 min ABŞ dolları dəyərində (-73 %) 6,24 ton (-76 %), Avstriyadan 8,61 min ABŞ dolları dəyərində (+49 %) 7,3 ton (+54 %) məhsul alıb.
2022-ci ildə Azərbaycana (14 ölkədən) idxal edilən 684 ton portağal şirəsinin 38 %-i Rusiyanın, 21,7 %-i Ukraynanın payına düşüb.