Azərbaycan əsas tədarük bazarından pendir idxalını kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 7,037 milyon ABŞ dolları dəyərində 1 min 965 ton pendir idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,4 % azdır, kəmiyyət olaraq – 1,9 % çoxdur.

Hesabat dövründə Azərbaycan Litvadan 1,195 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 3 % artıb) 258,46 ton (-3,4 %), İrandan 905,85 min ABŞ dolları dəyərində (+95 %) 512,91 ton (+92 %), Türkiyədən 896,84 min ABŞ dolları dəyərində (dəyişməyib) 223,27 ton (+1,4 %), Almaniyadan 760,78 min ABŞ dolları dəyərində (-45 %) 159,08 ton (-52 %), Belarusdan 706,31 min ABŞ dolları dəyərində (+14,2 %) 137,54 ton (+6,2 %) məhsul alıb.

Qeyd edək ki, ötən il Azərbaycanın idxal etdiyi 31 ölkədən 6 min 393 ton pendirin 23 %-i İranın, 13 %-i Litvanın, 13 %-i Türkiyənin, 12,6 %-i Almaniyanın, 9,8 %-i Rusiyanın payına düşüb.

Digər xəbərlər