Azərbaycan əsas tədarük bazarından buğda unu idxalını kəskin artırıb

2022-ci ilin ilk 11 ayında Azərbaycana 8,898 milyon ABŞ dolları dəyərində 24 min 726 ton buğda unu idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6,5 dəfə, kəmiyyət olaraq – 7,4 dəfə çoxdur.

Azərbaycan Rusiyadan 8,652 milyon 912 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6,6 dəfə) 24 min 277 ton (+7,4 dəfə), Qazaxıstandan 174,87 min ABŞ dolları dəyərində 408 ton, Türkiyədən 52,96 min ABŞ dolları dəyərində (+4,4 dəfə) 27,69 ton (+71 %), İtaliyadan 5,87 min ABŞ dolları dəyərində (-41 %) 4,37 ton (-17 %), Fransadan 4,18 min ABŞ dolları dəyərində (-41 %) 3,21 ton (-49 %) məhsul alıb.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycana idxal edilən (11 ölkədən) 3 min 524 ton buğda ununun 98,7 %-i Rusiyanın payına düşüb.

Digər xəbərlər