Bu ilin ilk 9 ayı ərzində Azərbaycana xaricdən 261,475 milyon ABŞ dolları dəyərində 743 min 237 ton buğda (toxumluqdan başqa) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 45 %, kəmiyyət olaraq – 8,4 % çoxdur.
Hesabat dövründə Rusiyadan 206,564 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 17,3 % çoxdur) 582 min 306 ton (-12,7 %), Qazaxıstandan 54,91 milyon ABŞ dolları dəyərində (+12 dəfə) 160 min 931 ton (+8,9 dəfə) məhsul idxal edilib.
Sentyabrda Azərbaycan buğdanı əsasən Rusiyadan alıb. Həmin ölkədən tədarükün həcmi sentyabrda öncəki 8 ayın göstəricisi ilə müqayisədə 53 % artıb.
Qeyd edək ki, ötən il Azərbaycanın idxal etdiyi (6 ölkədən) 1,148 milyon ton buğdanın 95,3 %-i Rusiyanın payına düşüb.