Azərbaycan əsas tədarük bazarından avokado alışını 3,7 dəfə artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 356,69 min ABŞ dolları dəyərində 151,34 ton avokado (təzə və ya qurudulmuş) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 42,5 % çoxdur.

Hesabat dövründə Türkiyədən 115,7 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 4 dəfə artıb) 77,13 ton (+3,7 dəfə), Cənubi Afrika Respublikasından (CAR) 64,63 min ABŞ dolları dəyərində (+36 %) 21,75 ton (+37,4 %), Perudan 59,67 min ABŞ dolları dəyərində (-51 %) 19,97 ton (-51,2 %), Lüksemburqdan 35 min ABŞ dolları dəyərində (+59 %) 5,87 ton (+2,2 dəfə), İsraildən 27 min ABŞ dolları dəyərində (+18 %) 9 ton (-3,2 %) məhsul alınıb.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın xaricdən (12 ölkədən) aldığı 239,34 ton avokadonun 40 %-i Türkiyənin, 23 %-i Perunun, 16 %-i CAR-ın payına düşüb.

Digər xəbərlər