Azərbaycan əsas tədarük bazarına heyva ixracını kəskin artırıb

Bu ilin ilk 4 ayı ərzində Azərbaycandan xaricə 288,33 min ABŞ dolları dəyərində 318,42 ton heyva göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 99,7 %, kəmiyyət olaraq – 94,2 % çoxdur.

Rusiyaya 260,91 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 86,4 % artıb) 272,1 ton (+90,2 %), Ukraynaya 17,48 min ABŞ dolları dəyərində 18,4 ton (bir il əvvəl tədarük olmayıb), Belarusa 5,24 min ABŞ dolları dəyərində 5,7 ton (bir il əvvəl tədarük olmayıb), Gürcüstana 4,17 min ABŞ dolları dəyərində (-3,2 %) 20,86 ton (-3,2 %), Qazaxıstana 0,52 min ABŞ dolları dəyərində 1,4 ton (bir il əvvəl tədarük olmayıb) məhsul idxal edilib.

Hesabat dövründə ölkəyə 33,31 min ABŞ dolları dəyərində 47,58 ton heyva ixrac edilib ki, bu da 2021-ci ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 2,3 dəfə və 2,3 dəfə çoxdur. Azərbaycan bu məhsulu ancaq Türkiyədən alıb.

Qeyd edək ki, ötən il Azərbaycanın ixrac etdiyi (Belarus, Gürcüstan, Qazaxıstan, Rusiya və Ukrayna) 1 min 213,27 ton heyvanın 92,7 %-i Rusiyanın payına düşüb.

Digər xəbərlər