Azərbaycan əsas tədarük bazarına badam ixracını kəskin artırıb

Bu ilin ilk iki ayında Azərbaycan xaricdən 1,1 milyon ABŞ dolları dəyərində 191,8 ton badam alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,3 dəfə, kəmiyyət olaraq – 2,5 dəfə çoxdur.

Azərbaycan Amerika Birləşmiş Ştatlarından 961,33 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,3 dəfə çoxdur) 176 ton (+2,5 dəfə), Avstraliyadan 90,41 min ABŞ dolları dəyərində (+3 dəfə) 13,22 ton (+2,6 dəfə), İrandan 15 min ABŞ dolları dəyərində (+25 %) 2,14 ton (+39 %), Birləşmiş Ərəb Əmirliklərindən 2,76 min ABŞ dolları dəyərində 0,15 ton (bir il əvvəl tədarük olmayıb), Lüksemburqdan 1,67 min ABŞ dolları dəyərində (-48 %) 0,11 ton (-42 %) məhsul idxal edib.

Hesabat dövründə Azərbaycandan xaricə 341,3 min ABŞ dolları dəyərində (+9,1 dəfə) 131 ton (+6 dəfə) badam göndərilib.

Azərbaycan Özbəkistana 205,8 min ABŞ dolları dəyərində (+5,6 dəfə) 106,9 ton (+5 dəfə) və Rusiyaya 135,44 min ABŞ dolları dəyərində (+6 772 dəfə) 24 ton (+2 400 dəfə) məhsul satıb.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycandan (8 ölkəyə) ixrac edilən 687,4 ton badamın 76,3 %-i Özbəkistanın payına düşüb.

Digər xəbərlər