Azərbaycan əsas ixrac bazarına fındıq satışını kəskin artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycandan xaricə 38,35 milyon ABŞ dolları dəyərində 7 min 823 ton meşə fındığı (qabıqlı və qabığı təmizlənmiş) göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 % azdır, kəmiyyət olaraq – 11 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 16,77 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 76 % çoxdur) 3 min 736 ton (+2,2 dəfə), Almaniyaya 8,332 milyon ABŞ dolları dəyərində (+25 %) 1 min 517 ton (+45,3 %), İtaliyaya 6 milyon ABŞ dolları dəyərində (-72 %) 1 min 69 ton (-69 %), İsveçrəyə 1,763 milyon ABŞ dolları dəyərində (+4,7 dəfə) 300 ton (+5 dəfə), Türkiyəyə 1,41 milyon ABŞ dolları dəyərində 288 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycandan (22 ölkəyə) ixrac edilən 21,9 min ton fındığın 52,5 %-i Rusiyanın payına düşüb.

Digər xəbərlər