Azərbaycan daha iki ölkədən süd və qaymaq almağa başlayıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana 16,92 milyon ABŞ dolları dəyərində 9 min 213 ton süd və qaymaq idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 31 % çoxdur, kəmiyyət olaraq – 6,5 % azdır.

Hesabat dövründə Azərbaycan İrandan 5,659 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur) 3 min 214 ton (-4 %), Belarusdan 3,92 milyon ABŞ dolları dəyərində (+17,2 %) 2 min 106 ton (-22 %), Türkiyədən 2,134 milyon ABŞ dolları dəyərində (+7,3 %) 1 min 319 ton (-2,8 %), Rusiyadan 2,1 milyon ABŞ dolları dəyərində (+65 %) 1 min 538 ton (+54,5 %), Ukraynadan 2 milyon ABŞ dolları dəyərində (-21 %) 737 ton (-36,6 %) məhsul alıb.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Filippin və Özbəkistandan tədarük həyata keçirilib. Həmin ölkələrdən müvafiq olaraq 0,46 min ABŞ dolları dəyərində 0,01 ton və 19,14 min ABŞ dolları dəyərində 10 ton süd və qaymaq gətirilib.

Digər xəbərlər