Azərbaycan daha bir ölkəyə sarımsaq tədarükünə başlayıb

2022-ci il ərzində Azərbaycana xaricdən 1,1 milyon ABŞ dolları dəyərində 820 ton sarımsaq gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 7 %, kəmiyyət olaraq – 7,3 % çoxdur.

Azərbaycana İrandan 998,7 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 26 % çoxdur) 768 ton (+26,3 %), Çindən 34,22 min ABŞ dolları dəyərində (-80 %) 26,32 ton (-80 %), Misirdən 24,34 min ABŞ dolları dəyərində 18,72 ton (1 il 5 aydan sonra tədarük bərpa edilib) və Rusiyadan 5,68 min ABŞ dolları dəyərində 6,9 ton (ilk dəfə idxal həyata keçirilib) məhsul idxal edilib.

Hesabat dövründə Azərbaycandan xarici ölkələrə 177,32 min ABŞ dolları dəyərində (-38 %) 226,5 ton (+10,2 %) sarımsaq ixrac edilib.

Rusiyaya 177,23 min ABŞ dolları dəyərində (-38 %) 226,5 ton (-10,2 %) və Qətərə 0,1 min ABŞ dolları dəyərində 0,04 ton məhsul satılıb.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qətərə tədarük həyata keçirilib.

Digər xəbərlər