Azərbaycan daha bir ölkəyə qarpız ixrac etməyə başlayıb

2022-ci ilin yanvar-iyun aylarında Azərbaycan 2,062 milyon ABŞ dolları dəyərində 3 min 913 ton qarpız ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 24,7 %, kəmiyyət olaraq – 31,7 % azdır.

Hesabat dövründə Rusiyaya 1,963 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % azdır) 3 min 511 ton (-15 %), Ukraynaya 35,83 min ABŞ dolları dəyərində (-85,5 %) 141,62 ton (-90 %), Belarusa 26,86 min ABŞ dolları dəyərində (-4 %) 102,6 ton (-41,1 %), Sloveniyaya 21 min ABŞ dolları dəyərində 84 ton, Gürcüstana 14,98 min ABŞ dolları dəyərində 74,9 ton məhsul satılıb.

Bir il 10 aylıq fasilənin ardından Gürcüstan Azərbaycandan qarpız alışını bərpa edib. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Sloveniyaya tədarük həyata keçirilib.

Digər xəbərlər