Azərbaycan daha bir ölkədən qarğıdalı tədarük etməyə başlayıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 11,7 milyon ABŞ dolları dəyərində 32 min 754 ton qarğıdalı (o cümlədən toxumluq) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11 %, kəmiyyət olaraq – 14 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 6,94 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 0,2 % çoxdur) 31 min 771 ton (+15,2 %), Türkiyədən 2,6 milyon ABŞ dolları dəyərində (+99 %) 582,31 ton (+0,7 %), Serbiyadan 748 min ABŞ dolları dəyərində (-11 %) 142,4 ton (-17 %), Rumıniyadan 428,2 min ABŞ dolları dəyərində (-32 %) 86,44 ton (-25 %), Fransadan 372,3 min ABŞ dolları dəyərində (+3,6 dəfə) 59,13 ton (+2,4 dəfə) məhsul alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Moldovadan (0,3 min ABŞ dolları dəyərində 0,06 ton) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycana (12 ölkədən) idxal edilən 75 min 864 ton qarğıdalının 97,8 %-i Rusiyanın payına düşüb.

Digər xəbərlər