Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 482,8 min ABŞ dolları dəyərində 685,8 ton kahı gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6 %, kəmiyyət olaraq – 5 % azdır.
Azərbaycan İrandan 469,84 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,7 % azdır) 671,2 ton (-4,6 %), Niderlandan 6,83 min ABŞ dolları dəyərində (+34 %) 6,83 ton (+34 %), Türkiyədən 4 min ABŞ dolları dəyərində (+10 dəfə) 5,66 ton (+9,8 dəfə) və Kot-divuardan 2,1 min ABŞ dolları dəyərində 2,1 ton tərəvəz alıb.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kot-d`İvuardan tədarük həyata keçirilib.
Hesabat dövründə Azərbaycandan 299,44 min ABŞ dolları dəyərində (-37 %) 329,48 ton (-35 %) kahı ixrac edilib.
Rusiyaya 297,38 min ABŞ dolları dəyərində (-37 %) 326,67 ton (-35 %), Gürcüstana 1,14 min ABŞ dolları dəyərində (-63 %) 0,51 ton (-66 %) və Ukraynaya 0,92 min ABŞ dolları dəyərində 2,3 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satılıb.