Azərbaycan daha bir ölkədən banan tədarük etməyə başlayıb

Bu ilin ilk 5 ayı ərzində Azərbaycana xaricdən 18,19 milyon ABŞ dolları dəyərində 25 min 397 ton banan gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 9,3 %, kəmiyyət olaraq – 9,3 % çoxdur.

Hesabat dövründə Ekvadordan 18,185 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 9,3 % artıb) 25 min 395 ton (+9,3 %), Filippindən 4,99 min ABŞ dolları dəyərində 0,85 ton (bir il əvvəl tədarük olmayıb), Vyetnamdan 0,26 min ABŞ dolları dəyərində 0,04 ton və Almaniyadan 0,04 min ABŞ dolları dəyərində (+33,3 %) 0,01 ton (dəyişməyib) məhsul alınıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Vyetnamdan tədarük həyata keçirilib.

Digər xəbərlər