Azərbaycan daha 5 ölkəyə badam ixracına başlayıb

Ötən il ərzində Azərbaycan xaricdən 4,1 milyon ABŞ dolları dəyərində 741,11 ton badam (qabıqlı və qabığı təmizlənmiş) alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 38,3 %, kəmiyyət olaraq – 34,3 % çoxdur.

Azərbaycan Amerika Birləşmiş Ştatlarından 3,694 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 43 % çoxdur) 675,31 ton (+38 %), İspaniyadan 201 min ABŞ dolları dəyərində (-15 %) 36,36 ton (-16 %), Avstraliyadan 95 min ABŞ dolları dəyərində (+11 dəfə) 14,29 ton (+27 dəfə), Türkiyədən 39,1 min ABŞ dolları dəyərində (+44,4 %) 6,47 ton (+53,3 %), Özbəkistan 28,34 min ABŞ dolları dəyərində (-51 %) 3,47 ton (-47 %) məhsul idxal edib.

Hesabat dövründə Azərbaycandan xaricə 1,812 milyon ABŞ dolları dəyərində (+5,6 dəfə) 687,4 ton (+7,9 dəfə) badam göndərilib.

Azərbaycan Özbəkistana 957 min ABŞ dolları dəyərində (+6 dəfə) 525 ton (+12,2 %), Rusiyaya 811,5 min ABŞ dolları dəyərində 154,92 ton, Belarusa 41,78 min ABŞ dolları dəyərində 7,3 ton, Qətərə 0,75 min ABŞ dolları dəyərində 0,1 ton, Sinqapura 0,59 min ABŞ dolları dəyərində 0,1 ton, İraqa 0,29 min ABŞ dolları dəyərində 0,06 ton, Qazaxıstana 0,04 min ABŞ dolları dəyərində 0,01 min0,02 min ABŞ dolları dəyərində 0,01 ton məhsul satıb.

Ötən son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belarusa, Belçikaya Qətərə, İraqa və Sinqapura ixrac həyata keçirilib. On ilin tamamında Qazaxıstana, 5 illik aradan sonra isə Rusiyaya tədarük bərpa edilib.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycandan xaricə göndərilən 87,23 ton badamın 51 %-i Türkiyənin, 48,9 %-i Özbəkistanın və 0,1 %-i Birləşmiş Ərəb Əmirliklərinin payına düşüb.

Digər xəbərlər