Azərbaycan daha 4 ölkədən düyü tədarük etməyə başlayıb

2022-ci il ərzində Azərbaycan 42,55 milyon ABŞ dolları dəyərində 50 min 236 ton düyü idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə dəyər ifadəsində 25 %, kəmiyyət olaraq – 7,4 % çoxdur.

Hindistandan Azərbaycana 34,382 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 38 % çoxdur) 37 min 586 ton (+24,4 %), Qazaxıstandan 3,617 milyon ABŞ dolları dəyərində (+10,4 %) 5 min 799 ton (-17 %), Rusiyadan 2,364 milyon ABŞ dolları dəyərində (-28,8 %) 4 min 154 ton (-34 %), Tailanddan 941,46 min ABŞ dolları dəyərində (+49,4 %) 1 min 225 ton (+52,4 %), Pakistandan 822,3 min ABŞ dolları dəyərində (-48 %) 1 min 072 ton (-52 %) məhsul gətirilib.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Azərbaycana Boliviyadan (0,05 min ABŞ dolları dəyərində 0,02 ton), Özbəkistandan (0,05 min ABŞ dolları dəyərində 0,03 ton), Rumıniyadan (1,61 min ABŞ dolları dəyərində 2 ton) və Koreyadan (0,03 min ABŞ dolları dəyərində 0,01 ton) düyü tədarükü həyata keçirilib.

Azərbaycana Peru (0,05 min ABŞ dolları dəyərində 0,02 ton), Uruqvay (57,5 min ABŞ dolları dəyərində 43 ton) və Yaponiyadan (0,5 min ABŞ dolları dəyərində 0,1 ton) düyü idxalı bərpa edilib.

Digər xəbərlər