Azərbaycan daha 3 ölkədən əncir tədarük etməyə başlayıb

Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 132 min ABŞ dolları dəyərində 39,4 ton əncir (təzə və ya qurudulmuş) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,1 dəfə, kəmiyyət olaraq – 2,5 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 123 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur) 37,6 ton (+2,5 dəfə), İsraildən 5,3 min ABŞ dolları dəyərində 1,5 ton, Lüksemburqdan 1,6 min ABŞ dolları dəyərində 0,1 ton (bir il əvvəl tədarük olmayıb), Braziliyadan 1,5 min ABŞ dolları dəyərində (+76 %) 0,1 ton (+56 %), Cənubi Afrika Respublikasından (CAR) 0,3 min ABŞ dolları dəyərində 0,03 ton məhsul alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İspaniya (0,2 min ABŞ dolları dəyərində 0,01 ton), İsrail və CAR-dan tədarük həyata keçirilib.

Digər xəbərlər