Azərbaycan daha 2 ölkədən şəkər tədarükünə başlayıb

2022-ci ilin ilk 8 ayında Azərbaycandan xaricə 14,1 milyon ABŞ dolları dəyərində 20 min 883 ton şəkər göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 43,7 %, kəmiyyət olaraq – 56,4 % azdır.

Türkmənistana 6,01 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 68,2 % azdır) 9 min 415 ton (-73,7 %), Qazaxıstana 4,261 milyon ABŞ dolları dəyərində (+194 dəfə) 5 min 662 ton (+226 dəfə) Gürcüstana 3,118 milyon ABŞ dolları dəyərində (+44 dəfə) 4 min 962 ton (+61 dəfə), Rusiyaya 435,5 min ABŞ dolları dəyərində (-24,5 %) 394,23 ton (-37,8 %), Qırğızıstana 277,76 min ABŞ dolları dəyərində (-92 %) 448 ton (-93,3 %) məhsul satılıb.

Hesabat dövründə Azərbaycan xaricdən 238,74 min ABŞ dolları dəyərində (-96,4 %) 248 ton (-98 %) şəkər alıb.

Ukraynadan 129,77 min ABŞ dolları dəyərində (-78,8 %) 205,19 ton (-81,3 %), Finlandiyadan 23,11 min ABŞ dolları dəyərində (+8,7 %) 12,75 ton (dəyişməyib), Rusiyadan 17,21 min ABŞ dolları dəyərində (-99,1 %) 8,3 ton (-99,8 %), Lüksemburqdan 12,46 min ABŞ dolları dəyərində (+2 dəfə) 1,46 ton (+52 %), Almaniyadan 9,81 min ABŞ dolları dəyərində (+13,1 %) 6,05 ton (+37,7 %) şəkər tədarük edilib.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) Az'rbaycan ilk dəfə olaraq Səudiyyə Ərəbistanı və Argentinadan tədarük həyata keçirib. Azərbaycan həmin ölkələrdən müvafiq olaraq 0,7 min ABŞ dolları dəyərində 0,25 ton və 0,28 min ABŞ dolları dəyərində 0,11 ton şəkər idxal edib.

Digər xəbərlər