Azərbaycan Çindən pestisid tədarükünü kəskin artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən 37,24 milyon ABŞ dolları dəyərində 4 min 552 ton pestisid (bitkilərin mühafizəsi üçün kimyəvi maddələr) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 % azdır, kəmiyyət olaraq – 4,7 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 18,11 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6 % azdır) 2 min 434 ton (+4,8 %), Çindən 4,15 milyon ABŞ dolları dəyərində (+69 %) 584 ton (+84 %), Rusiyadan 3,39 milyon ABŞ dolları dəyərində (-18 %) 425 ton (+16 %), Almaniyadan 2,74 milyon ABŞ dolları dəyərində (+83 %) 189 ton (+9,9 %), Fransadan 2,25 milyon ABŞ dolları dəyərində (-31 %) 103,41 ton (-51 %) məhsul alıb.

2022-ci ildə Azərbaycana (42 ölkədən) idxal edilmiş 6 min 357 ton pestisidin 58,7 %-i Türkiyənin payına düşüb.

Digər xəbərlər