Azərbaycan Çindən heyvan yemi idxalını bərpa edib

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrdən 29,222 milyon ABŞ dolları dəyərində 52 min 126 ton heyvan yemi (bitki mənşəli məhsullar, kəpəklər, bitki tullantıları və qalıqları) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 10 % çoxdur.

Hesabat dövründə Azərbaycan Argentinadan 10,82 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9,4 % çoxdur) 15 min 124 ton (-6 %), Rusiyadan 9,961 milyon ABŞ dolları dəyərində (+80 %) 24 min 169 ton (+45 %), Braziliyadan 4,689 milyon ABŞ dolları dəyərində (+46 %) 6 min 900 ton (+17 %), Ukraynadan 3,674 milyon ABŞ dolları dəyərində (+13 %) 5 min 855 ton (+16 %), Türkiyədən 44,24 min ABŞ dolları dəyərində 56 ton (bir il əvvəl tədarük olmayıb) yem alıb.

Azərbaycan 5 il 5 aylıq fasilənin ardından Çindən (1,11 min ABŞ dolları dəyərində 0,1 ton) tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycana (10 ölkədən) idxal edilən 134 min 145 ton heyvan yeminin 45,7 %-i Argentinanın, 30,3 %-i Rusiyanın payına düşüb.

Digər xəbərlər