Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 1,8 milyon ABŞ dolları dəyərində 1 min 396 ton günəbaxan toxumu gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 % azdır, kəmiyyət olaraq – 25 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 877,4 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33 % çoxdur) 460,3 ton (+22 %), Rusiyadan 470,9 min ABŞ dolları dəyərində (+10 dəfə) 672,3 ton (+16 dəfə), Çindən 374,4 min ABŞ dolları dəyərində (-67 %) 216,5 ton (-66 %), Misirdən 55,2 min ABŞ dolları dəyərində 38,1 ton (ilk dəfə tədarük olub), Çilidən 29 min ABŞ dolları dəyərində 2,1 ton məhsul alıb.
Azərbaycan 11 il 2 aylıq fasilənin ardından Çilidən günəbaxan toxumunun tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycana (12 ölkədən) idxal edilmiş 4 min 197 ton günəbaxan toxumunun 41 %-i Çinin, 31,4 %-i Türkiyənin, 23,5 %-i Rusiyanın payına düşüb.