Azərbaycan Cənubi Afrikadan portağal idxalını 4 dəfən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 9 milyon ABŞ dolları dəyərində 12 min 614 ton portağal idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 13 %, kəmiyyət olaraq – 12 % azdır.

Hesabat dövründə Azərbaycan İrandan 6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9 % çoxdur) 8,61 min ton (+8,8 %), Türkiyədən 1,93 milyon ABŞ dolları dəyərində (-31 %) 2,7 min ton (-33 %), Misirdən 830 min ABŞ dolları dəyərində (-58 %) 1 min ton (-57 %), Cənubi Afrika Respublikasından (CAR) 206 min ABŞ dolları dəyərində (+4,5 dəfə) 257 ton (+4,4 dəfə), Pakistandan 18 min ABŞ dolları dəyərində 22 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

2022-ci ildə Azərbaycana (5 ölkədən) idxal edilmiş 19,62 min ton portağalın 59,5 %-i İranın, 24,4 %-i Türkiyəni payına düşüb.

Digər xəbərlər