Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 5,95 milyon ABŞ dolları dəyərində 7 min 794 ton limon və laym (təzə və ya qurudulmuş) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 %, kəmiyyət olaraq – 3 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyədən 5,78 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,7 % azdır) 7 min 669 ton (-4 %), Cənubi Afrikadan 126,36 min ABŞ dolları dəyərində (+3,7 dəfə) 100,76 ton (+3,6 dəfə) və Braziliyadan 44,81 min ABŞ dolları dəyərində (+73 %) 24,22 ton (+73,5 %) məhsul alıb.
2022-ci ildə Azərbaycana (10 ölkədən) idxal edilən 19 min ton limon və laymın 86 %-i Türkiyənin, 12,57 %-i CAR-ın payına düşüb.