Bu il yanvar-iyul aylarında Azərbaycan (Naxçıvan Muxtar Respublikası) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 7,363 milyon ABŞ dolları dəyərində dənli və paxlalı bitki məhsulları idxal edib.
“Report” bu barədə Cənub-Şərqi Anadolu Taxıl, Paxlalılar, Yağlı Toxumlar və Emal Məhsulları İxracatçıları Birliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,5 % çoxdur.
Hesabat dövründə bölgədən ümumilikdə xarici ölkələrə 2 milyard 105,457 milyon ABŞ dollarlıq dənli və paxlalı bitki məhsulları ixrac edilib ki, bu da illik müqayisədə 8,8 % çoxdur.
7 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük dənli və paxlalı bitki məhsulları ixracını Yaxın Şərq ölkələrinə (932,694 milyon ABŞ dolları məbləğində) həyata keçirilib. Bu, illik müqayisədə 8,3 % azdır.
Onu Amerika qitəsi (468,769 milyon ABŞ dolları) və Afrika ölkələri (435,991 milyon ABŞ dolları) izləyib. Bu isə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,4 dəfə çox və 19,7 % azdır.