Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 1 milyon 094 min 975 ton buğda idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 283 milyon 377 min ABŞ dolları təşkil edib.
Bunlar, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 72 min 982 min ton (6,2 %), dəyər baxımından isə 114 milyon 632 min ABŞ dolları (28,8 %) azdır.
11 ay ərzində 1 ton buğdanın idxal dəyəri 258 ABŞ dollar təşkil edib, bu isə ötən illin müvafiq dövrü ilə müqayisədə 24,1 % azdır. 2022-ci ilin yanvar-noyabr ayları ərzində 1 ton buğdanın idxal dəyəri 340 ABŞ dolları təşkil edib.
Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycan idxal xərclərinin 1,8 %-ni təşkil edib.