Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 3,9 milyon ABŞ dolları dəyərində 2 min 915 ton hindtoyuğu əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 66 %, kəmiyyət olaraq – 57 % çoxdur.
Hesabat dövründə Azərbaycan Braziliyadan 1,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,4 dəfə çoxdur) 1 min 403 ton (+3,5 dəfə), Rusiyadan 935 min ABŞ dolları dəyərində (+14 %) 338 ton (+13 %), Kanadadan 368 min ABŞ dolları dəyərində (+70 %) 524 ton (+71 %), Portuqaliyadan 380 min ABŞ dolları dəyərində (-6 %) 276 ton (-16 %), Türkiyədən 156 min ABŞ dolları dəyərində (-1 %) 195 ton (-11 %) məhsul alıb.
2022-ci ildə Azərbaycana (14 ölkədən) idxal edilmiş 2,8 milyon ABŞ dolları dəyərində hindtoyuğu ətinin 29,6 %-i Rusiyanın, 16,2 %-i Portuqaliyanın, 14,8 %-i Türkiyənin, 13,2 %-i Braziliyanın, 12,2 %-i Kanadanın payına düşüb.