Azərbaycan Belarusdan konservləşdirilmiş toyuq əti alışını 3 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 7,86 milyon ABŞ dolları dəyərində 2 min 191 ton toyuq ətindən hazır və ya konservləşdirilmiş məhsul idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 16 %, kəmiyyət olaraq – 15 % çoxdur.

Hesabat dövründə Azərbaycan Belarusdan 2,68 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,3 dəfə çoxdur) 902 ton (+3 dəfə), Almaniyadan 1,19 milyon ABŞ dolları dəyərində (-7 %) 225 ton (-1 %), Rusiyadan 1,1 milyon ABŞ dolları dəyərində (-44 %) 347 ton (-53 %), Türkiyədən 1 milyon ABŞ dolları dəyərində (+61 %) 305 ton (+60 %), Ukraynadan 915,5 min ABŞ dolları dəyərində (+36 %) 246,7 ton (+20 %) məhsul alıb.

2023-cü ildə Azərbaycana 17 ölkədən idxal edilmiş 2 min 872 ton konservləşdirilmiş toyuq ətinin 34,5 %-i Rusiyanın, 16,6 %-i Belarusun, 14 %-i Ukraynanın payına düşüb.

Digər xəbərlər