Azərbaycan Belarusdan kartof alışını 100 dəfə artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 31 milyon ABŞ dolları dəyərində 71 min 70 ton kartof (toxumluq kartofdan başqa) ixrac edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 9,2 % azdır.

Azərbaycan Rusiyaya 28,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16 % azdır) 62 min 521 ton (-15 %), Ukraynaya 1,61 milyon ABŞ dolları dəyərində (+2,9 dəfə) 5 min 450 ton (+3,9 dəfə), Belarusa 872 min ABŞ dolları dəyərində (+12,5 %) 2 min 174 ton (+15,2 %), Qazaxıstana 215,1 min ABŞ dolları dəyərində (+2,9 dəfə) 484 ton (+85 %), Moldovaya 109 min ABŞ dolları dəyərində 297 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

Hesabat dövründə Azərbaycana 27,24 milyon ABŞ dolları dəyərində (-4 %) 98 min 809 ton (-8 %) kartof idxal edilib.

Azərbaycana Rusiyadan 8,5 milyon ABŞ dolları dəyərində (+5,6 dəfə) 33 min 857 ton (+5,6 dəfə), Belarusdan 7,9 milyon ABŞ dolları dəyərində (+202 dəfə) 25 min 184 ton (+100 dəfə), İrandan 6,1 milyon ABŞ dolları dəyərində (-32 %) 23 min 398 ton (-35 %), Pakistandan 3 milyon ABŞ dolları dəyərində (-59 %) 9 min 718 ton (-60 %), Türkiyədən 1,13 milyon ABŞ dolları dəyərində (-85 %) 4 min 324 ton (-86 %) məhsul gətirilib.

Digər xəbərlər