Bu ilin yanvar-iyul aylarında Azərbaycan 187 min ABŞ dolları dəyərində 192 ton yemiş ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 46 %, kəmiyyət olaraq - 82 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyaya 144 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 46 % azdır) 137,93 ton (-52 %), Səudiyyə Ərəbistanına 29,2 min ABŞ dolları dəyərində 2,6 ton (bir il əvvəl tədarük olmayıb), Belarusa 8,18 min ABŞ dolları dəyərində 32,7 ton və Moldovaya 5,55 min ABŞ dolları dəyərində 18,5 ton (bir il əvvəl tədarük olmayıb) yemiş satıb.
Azərbaycan 1 il 10 aylıq fasilənin ardından Belarusa yemiş tədarükünü bərpa edib.