Bu ilin yanvar-iyul aylarında Azərbaycana 833,7 ton arpa idxal edilib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə arpanın dəyəri 353,3 min ABŞ dolları təşkil edib.
İdxalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə müqayisədə 13,5 min ton (17,1 dəfə ), dəyəri isə 2 milyon 689 min ABŞ dolları ( 8,6 dəfə) azdır.
Ötən il Azərbaycanda 373,7 min hektar ərazidən 1 milyon 146,7 min ton arpa yığılıb. Məhsuldarlıq 30,7 sentner təşkil edib.