Azərbaycan Almaniyadan təbii bal alışını kəskin artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 191 min ABŞ dolları dəyərində 32,5 ton təbii bal idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 39 %, kəmiyyət olaraq – 48 % azdır.

Hesabat dövründə Azərbaycana Türkiyədən 106,7 min ABŞ dolları (bir il əvvəlki göstəricidən 11,5 % çoxdur) dəyərində 17,87 ton (-16 %), Rusiyadan 41,65 min ABŞ dolları (-71,6 %) dəyərində 8,33 ton (-72 %), Almaniyadan 21,53 min ABŞ dolları (+3 dəfə) dəyərində 1,82 ton (+2,8 dəfə), İspaniyadan 8,22 min ABŞ dolları dəyərində (-83 %) 1,5 ton (-77,2 %), İrandan 6 min ABŞ dolları (-50 %) dəyərində 2 ton (-49 %) məhsul gətirilib.

2022-ci ildə Azərbaycana (11 ölkədən) idxal edilmiş 99 ton təbii balın 45,5 %-i Rusiyanın, 39,2 %-i Türkiyənin payına düşüb.

Digər xəbərlər