2022-ci ildə Azərbaycana xaricdən 1,83 milyon ABŞ dolları dəyərində 1 min 147 ton heyvan və bitki mənşəli gübrə gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 25 % çoxdur, kəmiyyət olaraq – 0,7 % azdır.
Türkiyədən 1,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7,1 % azdır) 916 ton (-7 %), İtaliyadan 346 min ABŞ dolları dəyərində (+39,5 %) 42 ton (+50 %), Litvadan 113,3 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 38 ton (+86,3 %), İspaniyadan 98,1 min ABŞ dolları dəyərində (+3,1 dəfə) 41,9 ton (+2,1 dəfə), Niderlanddan 30 min ABŞ dolları dəyərində (+5 dəfə) 0,31 ton (-92 %) məhsul alınıb.
Azərbaycana Almaniyadan (0,73 min ABŞ dolları dəyərində 0,11 ton), Amerika Birləşmiş Ştatlarından (16,8 min ABŞ dolları dəyərində 1,1 ton), Cənubi Afrika Respublikasından (23,4 min ABŞ dolları dəyərində 4,5 ton) və Kanadadan (20 min ABŞ dolları dəyərində 1,2 ton) tədarük bərpa edilib.
Hesabat dövründə (bir il əvvəl də olduğu kimi ancaq Gürcüstana) Azərbaycan 915,3 min ABŞ dolları dəyərində (+83 %) 4 min 812 ton (+22,2 %) heyvan və bitki mənşəli gübrə ixrac edib.