Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrə 35,73 milyon ABŞ dolları dəyərində 136 min 43 ton karbamid göndərib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 71 %, kəmiyyət olaraq – 32 % azdır.
Hesabat dövründə Azərbaycan Rumıniyaya 11,55 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 21 % azdır) 51 min 169 ton (+72 %), Ukraynaya 6,27 milyon ABŞ dolları dəyərində (+49 %) 22 min 883 ton (+3,3 dəfə), İspaniyaya 5,56 milyon ABŞ dolları dəyərində (+13,4 dəfə) 19 min 505 ton (+32 dəfə), İtaliyaya 2,74 milyon ABŞ dolları dəyərində (+8,5 dəfə) 10 min 145 ton (+23 dəfə), Yunanıstana 1,954 milyon ABŞ dolları dəyərində 4 min 886 ton (bir il əvvəl tədarük olmayıb) karbamid satıb.
2022-ci ildə Azərbaycandan (17 ölkəyə) ixrac edilmiş 360 min ton karbamidin 25,5 %-i Bolqarıstanın, 18,1 %-i Rumıniyanın, 14,6 %-i Hindistanın payına düşüb.