Azərbaycan 3 ölkəyə alma tədarükünü kəskin artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan xaricə 22,55 milyon ABŞ dolları dəyərində 34 min 776 ton alma göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 80 %, kəmiyyət olaraq 86 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 21,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 77 % çoxdur) 32 min 440 ton (+80 %), Qazaxıstana 527 min ABŞ dolları dəyərində (+6,4 dəfə) 1 min 479 ton (+6 dəfə), Özbəkistana 224 min ABŞ dolları dəyərində 284 ton (bir il əvvəl tədarük olmayıb), Belarusa 209,5 min ABŞ dolları dəyərində (-23 %) 226 ton (-15,7 %), İrana 110,4 min ABŞ dolları dəyərində (+3,4 dəfə) 197,25 ton (+54 %) məhsul satıb.

2022-ci ildə Azərbaycandan (15 ölkəyə) ixrac edilmiş 82,3 min ton almanın 93,7 %-i Rusiyanın payına düşüb.

Digər xəbərlər