Ötən il Azərbaycan 8,5 milyon ABŞ dolları dəyərində 5 min 302 ton günəbaxan toxumu idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 33 %, kəmiyyət olaraq – 26 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 3,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 13 % çoxdur) 1 min 768 ton (+3 %), Türkiyədən 2,6 milyon ABŞ dolları dəyərində (+17 %) 1 min 321 ton (+0,2 %), Rusiyadan 1,3 milyon ABŞ dolları dəyərində (+73 %) 1 min 713 ton (+74 %), Qazaxıstandan 612 min ABŞ dolları dəyərində (+29 dəfə) 297 ton (+7 dəfə), Misirdən 63 min ABŞ dolları dəyərində 42 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
Azərbaycan 11 il 2 aylıq fasilənin ardından Çilidən (29 min ABŞ dolları dəyərində 2,2 ton), 10 il 3 aylıq fasilənin ardından Macarıstandan (1,26 min ABŞ dolları dəyərində 0,37 ton) və 1 il 10 aylıq aradan sonra Qırğızıstandan (146 min ABŞ dolları dəyərində 89 ton) tədarükü bərpa edib.